Tarix

Zuvand faciəsi .

Lerik rayonun əhalisinin tarixində qara səhifələrindən birini təşkil edir. Zuvand bölgəsi Cənubi Azərbaycan ( indiki İran) sərhədi boyunca yerləşməsi və Zuvand əhalisinin Ərdəbil vilayəti ilə sıx əlaqə saxlaması və yaxın qonşu kimi get-gəlləri onların sovet rəhbərliyi tərəfindən deportasiya edilməsinə səbəb olmuşdur. Beləliklə, 1951-1952-ci illərdə Lerik rayonunun Zuvand bölgəsində yaşayan 22 min nəfər əhali zorla öz doğma yurd-yuvasından Muğana, xüsusilə Puşkin (indiki Biləsuvar) rayonuna köçürülmüşdür. Təqribi Lerik rayonunun 53 kəndi (Kəlvəz, Kələxan, Qosmalyan, Tatoni, Digah, Mistan, Həzovi, Coni, Divağaş, Kaqoy və s.) xəritədən silinmişdir. Dağ şəraitində yaşamış əhali isti Muğan çölündəki şəraitə uyuşmadığı üçün kütləvi şəkildə qızdırmadan tələf olmuşdur. Sonralar köçürülən əhalinin bir qismi doğma yurdlarına qayıdaraq burada yenidən yaşayışı bərpa etmişlər. Zuvand kəndində torpaqdan tikilən evləri hələdə görmək olar . Orkhan Gurbanzade .

Related Articles

Back to top button