Uncategorized

Tikəband kəndində ailə faciəsi

Tikəband kəndində ailə faciəsi

Caspi1.net xəbər verir ki, dünən, 23 aprel 2023-cü ildə Lerik rayonunun Tikəband kəndində elektrik cərəyanı vurması nəticəsində bir ailənin 4 üzvü rəhmətə gedib. Dünən günorta saatlarında ölən şəxslərin adları müəyyən edilib.
Lerik rayon prokurorluğundan verilən məlumata görə bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının adı və soyadı şərtidir).
Yuxarıda qeyd etdiyimiz kimi onlar bir ailənin üzvləridir.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Hadisənin səbəbi həyətdəki su hovuzundakı su motoru olub, belə ki, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova su motorunun işlək vəziyyətdə olub-olmadığını bilmək üçün su hovuzuna yaxınlaşıb. Motordan su hovuzuna elektrik cərəyanı keçirtdiyi üçün elektrik cərayanı Sərnaz Tahirovanı vurub. Sərnaz Tahirova su hovuzuna düşüb. Ona köməyə gələn digər ailə üzvlərini də cərəyan vurub.
Səbəb tam dəqiqləşəndən sonra əlavə məlumat verəcəyik.

Back to top button