TarixXarici xəbərlər

Stalinin “Lipki-Alekseyevskoye” malikanəsi hərracda satılıb

Stalinin “Lipki-Alekseyevskoye” malikanəsi hərracda satılıb.

Caspi1.net xəbər verir ki, ötən əsrin 30-cu illərində İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı “Lipki-Alekseyevskoye” malikanəsi hərrac vasitəsi ilə 403,5 milyon rubla satılıb. Hərracda yeganə iştirakçı “Krasnodar MMC Consulting and Law” şirkəti olub, o, əmlakı ilkin qiymətə alıb.
Lotun qiymətinə həmçinin 38 hektar ərazi və ümumi sahəsi 3,8 min kv.m olan daşınmaz əmlak da daxildir.
Qeyd edək ki, mülk 19-cu əsrdə Moskva vilayətinin Mıtışi rayonunda inşa edilib. İosif Stalin sözügedən malikanədə 1932-1934-cü illərdə yaşayıb. Sonrakı onilliklərdə obyekt dövlət bağı kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib.

Related Articles

Back to top button