
Uncategorized
Rusiya Ukraynanın yeni ərazilərini bombalayır
Rusiya Ukraynanın yeni ərazilərini bombalayır
Caspi1.net xəbər verir ki, Ukraynanın Ternopol vilayətinin rəhbəri Volodimir Truş öz teleqram kanalında bildirib ki, Rusiya Ukraynanın qərbində yerləşən bu vilayətin mərkəzinə raket zərbəsi endirib, nəticədə 2 nəfər yaralanıb. Hadisə yerində yanğın başlayıb.
Onun sözlərinə görə, zərbə ticarət müəssisələrinə və dini quruma məxsus anbarlara tuş gəlib. Yanğınsöndürənlər alovun qarşısını alınmasına bir neçə saat vaxt sərf ediblər.
