Uncategorized

Novruz bayramı

Novruz bayramı

Elə bil işıqdı, nurdu novruzum,

atını üstümə sürdü novruzum.

Səni bahar qızla gördüm, novruzum

verdim ikininizə bac urəyimi.

Yerdə də, göydə də sənin var səsin,

necə də gözəldir, ay bahar, səsin.

Ruzi, bərəkətli novruz süfrəsi

qoymuşam başına tac ürıyimi.

Baharın adını gətir dilinə,

o ocaq dilinə, o pir dilinə.

Bayram payı kimi götür əlinə

bu yurdun üstünə saç ürəyimi.

Çoxdan gözləyirdim sənin yolunu,

sürtürəm alnıma ocaq külünü.

Bağrıma basıram novruzgülünü,

oxşa ürəyimi, aç ürəyimi.

Şahin Həmidli,

21. 03. 2023.

Bir qida şəkili ola bilər

Back to top button