
Ölkə XəbərləriTəbiət
Kür çayında suyun səviyyəsi qalxıb
Kür çayında suyun səviyyəsi qalxıb.
Caspi1.net xəbər verir ki, Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrə qədər qalxıb. Belə ki, son günlər ölkəmizdə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib.
Bu, xüsusən çayın aşağı axınında – Salyan rayonundan keçən hissəsində özünü daha çox büruzə verir. Təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb. Bu isə öz növbəsində Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.
Mütəxəssislərin fikrincə proses bir neçə gün davam edəcək.




