
Tarix
İrandakı aksiyalarda anti-Azərbaycan ab-havası
İrandakı aksiyalarda anti-Azərbaycan ab-havası
Caspi1.net İran və Azərbaycan media qurumlarına istinadən xəbər verir ki, aprelin 15-də İranda hakimiyyət “Qüds günü” aksiyaları təşkil edib. Həmin aksiyalarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.
Qeyd edək ki, bu barədə İran mediası ilə yanaşı Azərbaycanda axtarışda olan və İrana sığınmış şəxslərin sosial media kanallarında da foto və videolar yayılıb.
Aksiyalarda Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar da qaldırılıb.
