Uncategorized

DYP Salyanda xüsusi reyd keçirdib

DYP Salyanda xüsusi reyd keçirdib.

Caspi1.net Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir və keçirilən tədbirlər zamanı avtomobillərinə konstruksiya dəyişikliyi edərək idarə edən 7 sürücü müəyyən edilib və həmin nəqliyyat vasitələri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilib. Qaydaları pozan sürücülər arasında isə bir neçəsinin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyini onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Back to top button